Reklam resmi
Reklam resmi

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
Cəmiyyət

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 17–19-da Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Ajans.az- a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.

Mövzular:
partlayış səslər Pirişkül

Digər Xəbərlər