Reklam resmi
Reklam resmi

Şir bürcü üçün 12 illik dövr yekunlaşır: Yeni mərhələ başlayır

Şir bürcü üçün 12 illik dövr yekunlaşır: Yeni mərhələ başlayır
Maraqlı

30 iyun 2026-cı ildə Yupiterin Şir bürcünə keçidi ilə Şir bürcü və yüksələn Şir üçün yeni bir dövrün başlayacağı qeyd olunur. Bildirilir ki, bu keçid təkcə yenilənmə deyil, həm də son 12 ilin hadisələrinə fərqli baxış və hesabat mərhələsi olacaq.

Ajans.az-ın məlumatına görə, bir çox Şir bürcü son illərdə özünü ifadə edə bilmədiyi mühitlərdə olub, əməyinin qarşılığını ala bilmədiyini düşünüb və daim özünü sübut etməyə çalışıb. Bəziləri ailə, bəziləri münasibətlər, digərləri isə iş həyatı ilə bağlı çətinliklərlə üzləşib. Eyni zamanda, etibar etdikləri insanların dəyişdiyinə və bəzi münasibətlərin zamanla uzaqlaşdığına şahid olublar.

Xüsusilə 2018-ci ildən sonra bir çox Şir üçün həyatdakı sabit sahələrin dəyişdiyi vurğulanır. İş mühitində, sosial çevrədə və şəxsi münasibətlərdə gözlənilməz hadisələrin yaşandığı bildirilir.

Qeyd olunur ki, 2024–2025-ci illər bir çox Şir üçün oyanış dövrü olub. Bu müddətdə bəzi insanlar illərlə uğrunda mübarizə apardıqları məsələlərin əslində onlara aid olmadığını anlayıblar. Nəticədə peşə dəyişmək, şəhər dəyişmək, öz biznesini qurmaq və ya həyatı yenidən başlamaq istəyi yaranıb.

Astroloji proqnoza görə, Yupiterin Şir bürcünə keçidi son 12 ilin yekununa baxmaq və həmin dövrdə yaşanan hadisələrin mənasını anlamaq imkanı yaradacaq. Bildirilir ki, bir çox insan keçmişdə yaşadığı ayrılıqların, itkilərin və gecikmələrin əslində istiqamət dəyişikliyi olduğunu dərk edə bilər.

Mütəxəssislərin fikrincə, qarşıdakı dövrün əsas mövzusu sevgi, pul və ya karyera deyil, insanın öz dəyərini yenidən kəşf etməsidir. Son illərdə yaşanan çətinliklərin əsas səbəbinin hadisələrin özü deyil, daim güclü qalmaq məcburiyyəti olduğu vurğulanır.

Proqnozda qeyd edilir ki, qarşıdakı bir il ərzində karyera ilə bağlı uzun müddətdir gözləyən məsələlər hərəkətə keçə, görünməyən zəhmətlər dəyərləndirilə və bəzi insanlar öz bizneslərini qurmaq üçün cəsarət tapa bilərlər. Eyni zamanda, şəhərini, peşəsini və ya həyat tərzini dəyişənlərin sayının arta biləcəyi bildirilir.

Məlumata görə, bəzi münasibətlər, dostluqlar və ortaqlıqlar da sona çata bilər. Bunun səbəbi isə artıq yalnız vərdişə çevrilmiş və ya məcburiyyətdən davam etdirilən əlaqələrin əvvəlki kimi davam etməməsi ilə izah olunur.

Astroloqlar hesab edir ki, qarşıdakı dövr bir çox Şir bürcü üçün öz dəyərini yenidən xatırlamaq və həyatında yeni istiqamət müəyyənləşdirmək mərhələsi olacaq.

Mövzular:
şir bürcü bürclər astroloqlar

Digər Xəbərlər