"Arsenal" çempionluq paradı keçirəcək
“Arsenal” Premyer Liqada qazandığı çempionluğu xüsusi paradla qeyd etməyə hazırlaşır.
Ajans.az xəbər verir ki, London klubu tədbiri mayın 31-də təşkil edəcək. Parad İslinqton küçələrində baş tutacaq və yerli vaxtla saat 14:00-da başlayacaq.
“Topçular” 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub və kubok onlara mövsümün son turundan sonra rəsmi şəkildə təqdim ediləcək.
Mövzular: