Hərbi qulluqçuların minaya düşməsi faktı ARAŞDIRILIR
Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Mövzular: