Biləcəridə kamaz 4 maşınla toqquşdu- Yaralı var
Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəza Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində qeydə alınıb.
Hadisə zamanı "Kamaz", "Mercedes", "Honda" , "Lexus" və "Prado" markalı avtomobillər toqquşub.
Qəzada xəsarət alan "Kamaz"ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(unikal)



Mövzular: