Reklam resmi
Reklam resmi

"Çelsi" "Nottingem Forest"ə məğlub oldu

\"Çelsi\" \"Nottingem Forest\"ə məğlub oldu
İdman

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində "Çelsi" öz meydanında "Nottingem Forest"i qəbul edib.

Ajans.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda keçirilən görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı oyunun 2-ci dəqiqəsində Tayvo Avoniyi açıb. 15-ci dəqiqədə İqor Jezus penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi artırıb. İlk hissənin sonuna əlavə olunmuş 10-cu dəqiqədə (45+10) "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer penaltidən yararlana bilməyib. 52-ci dəqiqədə isə Avoniyi dublunu rəsmiləşdirib.

Qarşılaşmanın 73-cü dəqiqəsində Joao Pedrunun vurduğu qol VAR sistemindəki baxışdan sonra ləğv edilib. Lakin 90+3-cü dəqiqədə Pedru fərqi azalda bilib.

Mövzular:
çelsi futbolçu

Digər Xəbərlər