Reklam resmi
Reklam resmi

"Qarabağ"ın matçına bütün biletlər satıldı

\"Qarabağ\"ın matçına bütün biletlər satıldı
İdman

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

Bakı klubunun mətbuat xidmətindən Ajans.az-a bildirilib ki, Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la cavab matçında qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.

Mövzular:
qarabağ sabah bilet

Digər Xəbərlər