ÇL-də həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.
Ajans.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Münhen təmilçisi cavab oyununda "Real Madrid"i 4:3 hesabı ilə məğlub edib, M.Olise isə qələbə qolunun müəllifi olub.
Həftənin ən yaxşı oyunçusu siyahısında ikinci yeri PSJ-nin hücumçusu Usman Dembele tutub. Üçüncü yer "Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendiyə, dördüncü yer isə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmoya verilib.
Mövzular: