Reklam resmi
Reklam resmi

Suraxanıda oğurluqda şübhəli bilinən şəxslər SAXLANILIBLAR

Suraxanıda oğurluqda şübhəli bilinən şəxslər SAXLANILIBLAR
Hadisə

Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  Ajans.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar.

Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

Araşdırma aparılır.

Mövzular:
Daxili İşlər Nazirliyi Suraxanı rayonu Oğurluq

Digər Xəbərlər