İranın uran emalı müəssisəsinə zərbə endirildi
Ərdəkanda İranın ən böyük uran emalı müəssisələrindən biri olan "Şəhid Rezayinejad Sarı Keks İstehsalı Zavodu"na (Shahid Rezayee Nejad Yellowcake Production Plant) ABŞ ilə İsrailin hücumu nüvə toxunulmazlığının pozulmasıdır.
Ajans.az xəbər verir ki, bu, İranın Atom Enerjisi Təşkilatının (İAET) bəyanatında qeyd olunub.
İAET-dən bildirilib ki, bu addım nüvə təbabətinin inkişafına qarşı yönəlib: "İranın nüvə texnologiyası bəşəriyyətin sülh və sağlamlığına xidmət edir. Ağır bombaların atılması ilə bunun qarşısını almaq olmayacaq".
Mövzular: