Reklam resmi
Reklam resmi

Qamət Teymurovun öldürülməsi ilə bağlı CİNAYƏT İŞİ BAŞLANIB

Qamət Teymurovun öldürülməsi ilə bağlı CİNAYƏT İŞİ BAŞLANIB
Kriminal

Martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ajans.az xəbər verir ki, ilkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Mövzular:
Xəzər rayonu Şağan qəsəbəsi Qamət Teymurov Prokurorluq

Digər Xəbərlər